Seriallardakı zorakılıq səhnələri qadağan olunur?
Kahramanmaraşda məktəbə hücum hadisəsindən sonra Türkiyədə televiziya seriallarında zorakılıq səhnələrinin təsiri yenidən müzakirə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İctimai müzakirələrdə bəzi seriallarda yer alan silahlı və gərgin səhnələrin sosial təsirləri ilə bağlı narahatlıqlar ifadə edilir. Bu səbəbdən bir sıra serialların ssenarilərinə yenidən baxılması və zorakılıq elementlərinin azaldılması təklif olunur.
Həmçinin televiziya məzmununda gərgin səhnələrin məhdudlaşdırılması və bu sahədə yeni qaydaların hazırlanması da gündəmə gəlib.
16:00 21.04.2026
Oxunuş sayı: 82