TƏCİLİ: Makron Ermənistana gedəcək
Fransa Prezidenti Emmanuel Makron mayın 5-i Ermənistana dövlət səfəri həyata keçirəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məlumat Ermənistan Baş nazirinin müavini Tigran Xaçatryan ilə Fransanın İrəvandakı səfiri Olivier Decottignies arasında keçirilən görüşdə açıqlanıb.
Bildirilib ki, səfər mayın 4-ü İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitindən bir gün sonra baş tutacaq. Ermənistan tərəfi həm sammitin, həm də Fransa prezidentinin səfərinin ölkələrarası əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
15:39 21.04.2026
Oxunuş sayı: 87