ABŞ Asiyada rekord sayda hərbiçinin iştirakı ilə təlimlərə başladı
ABŞ Asiya regionunda indiyədək keçirilən ən böyük müdafiə təlimlərini həyata keçirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təlimlər Çin və İranla bağlı gərginliklərin artdığı və Yaxın Şərqdə münaqişələrin davam etdiyi dövrdə start götürüb.
Təlimlər ABŞ və Filippinin birgə təşkilatçılığı ilə keçirilir və 17 mindən çox hərbçi iştirak edir. Məşqlərə dəniz əməliyyatları və döyüş hazırlığı üzrə müxtəlif ssenarilər daxildir.
Yaponiya, Kanada, Avstraliya, Yeni Zelandiya və Fransa da təlimlərə qoşulub. Yaponiya bu dəfə ilk dəfə genişmiqyaslı təlimlərdə iştirak edir.
Məlumata əsasən, təlimlərin başlaması Çinin Qərbi Sakit Okeana hərbi gəmi qrupları göndərməsindən sonra baş verib.
13:45 21.04.2026
Oxunuş sayı: 47