“Fənərbağça” İspaniya klubuna məğlub olub
UEFA Avropa Liqasında VI tura start verilib.
Crossmedia.az xəbər verir ki, açılış oyunu Türkiyədə keçirilib. “Fənərbağça” İspaniyanın “Atletik” klubunu qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul nəhənginin heyətində 69-cu dəqiqədə Mərt Müldür meydandan qovulub.
Qeyd edək ki, Avropa Liqasında VI turun digər oyunları dekabrın 12-i və 13-də reallaşacaq.
17:30 11.12.2024
Oxunuş sayı: 6955