Bakcell istifadəçilərinin NƏZƏRİNƏ: Tariflər artırıldı
Mobil operator Bakcell bir sıra paketlərinin tariflərini 2 manat artırıb və abunəçilər bu barədə SMS vasitəsilə məlumat alırlar.
Crossmedia.az xəbər verir ki, şirkət hələlik qiymət artımı ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd olunur ki, Bakcell istifadəçiləri əvvəlcə GO planlarına köçürülərək əvvəlki tarif xətti dayandırılıb. Yeni abunəçilər yalnız 12 manatdan başlayan GO planlarına yazıla bilərlər. Eyni zamanda, mövcud müştərilər üçün də əvvəlki planlarda qiymət artımı tətbiq olunmağa başlanıb.
15:48 02.04.2026
Oxunuş sayı: 2717