Moldova MDB-dən çıxdı
Moldova parlamenti MDB müqaviləsindən çıxmağı təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Moldova parlamenti yekun oxunuşda qərar qəbul edərək, Moldovanın MDB-in yaradılması haqqında müqavilədən çıxmasını rəsmən təsdiqləyib.
Qərarın qəbul edilməsi ölkənin regional inteqrasiya siyasətində əhəmiyyətli dönüş nöqtəsi hesab olunur və ekspertlər bunu Moldova ilə MDB üzv dövlətləri arasında münasibətlərin yenidən qiymətləndirilməsi kimi qiymətləndirirlər.
14:35 02.04.2026
Oxunuş sayı: 51