İranda məktəbə raket düşdü: ölənlər var
İranın cənubunda yerləşən Lamerd şəhərində məktəb binasına raket düşməsi nəticəsində 21 nəfərin həlak olduğu bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı ABŞ-yə məxsus olduğu iddia edilən yeni nəsil PrSM (Precision Strike Missile) ballistik raketi məktəbin idman zalına düşüb. Nəticədə binada ciddi dağıntı və yanğın baş verib.
İlkin məlumatlara əsasən, fevralın 28-də SEPAH-a məxsus hərbi bazaya endirilən raket zərbəsinin təsiri yaxınlıqda yerləşən məktəbə də dəyib.
Qeyd olunur ki, bu hadisə daha əvvəl Minab şəhərində baş vermiş oxşar faciəni xatırladır. Həmin vaxt SEPAH Hərbi Dəniz Qüvvələrinin bazasına bitişik məktəbə raket düşməsi nəticəsində 180 nəfər, o cümlədən 175 uşaq həyatını itirmişdi.
Faktla bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
16:25 31.03.2026
Oxunuş sayı: 46