Ukrayna ucuz dronlarla Rusiya S-400-lərini sıradan çıxarır
Ukrayna müharibəsində Rusiya hava hücumundan müdafiə sistemlərinin ciddi itkilər verdiyi bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xüsusilə S-400 Triumf kimi yüksək qiymətli zenit-raket kompleksləri ucuz və qəpiklərə başa gələn Ukrayna pilotsuz uçuş aparatları tərəfindən sistematik şəkildə məhv edilir.
Ekspertlər qeyd edirlər ki, vəziyyət belə davam edərsə, Rusiya ciddi hərbi uğursuzluqla üzləşə və gələcək əməliyyatlara tam hazır olmayacaq. Bu tendensiya müasir müharibə məntiqində böyük dəyişikliklər yaradır və ənənəvi strategiyaların artıq kifayət etmədiyini göstərir.
18:06 31.03.2026
Oxunuş sayı: 52