Trampdan müttəfiqlərinə: İrandan alın, ya da özünüz həll edin
ABŞ prezidenti Donald Tramp müttəfiqlərinə neft tədarükü ilə bağlı sərt mesaj göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Hörmüz boğazında hərbi dəstək gözləyən ölkələr, xüsusilə İran məsələsində iştirak etməkdən imtina edən Böyük Britaniya, ABŞ-dən kömək gözləməməlidir.
Tramp sosial şəbəkədə yazıb ki, müttəfiqlər ya ABŞ-dən yanacaq alsın, ya da öz cəsarətlərini toplayaraq boğaza gedib öz neftlərini götürsünlər. Prezident vurğulayıb ki, ABŞ artıq onların müdafiəsinə qarışmayacaq və müttəfiqlər öz təhlükəsizliklərini özləri təmin etməlidirlər.
16:19 31.03.2026
Oxunuş sayı: 46