Saray körpüsü yaxınlığında avtomobil avtobusla toqquşub
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az Report-a istinadənxəbər verir ki, hadisə Saray körpüsünün yaxınlığında qeydə alınıb.
"Chevrolet Cobalt" markalı minik avtomobili 522 nömrəli marşrut avtobusu ilə toqquşub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
14:21 31.03.2026
Oxunuş sayı: 472