Rusiya Ali Məhkəməsi azərbaycanlı qadının ölkəyə giriş qadağası ilə bağlı işi yenidən baxılmağa göndərdi
Rusiya Ali Məhkəməsi xarici vətəndaşın Rusiya Federasiyası vətəndaşı olan ailə üzvlərinin və uşaqlarının olmasının ona qoyulan giriş qadağasını avtomatik ləğv etmədiyinə dair qərar çıxarıb.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Söhbət Azərbaycan vətəndaşı Jalə Mirzəlinin işindən gedir; belə ki, o, 2018-ci ildə Rusiyaya gələrək ailə qurmuş və iki övlad sahibi olmuşdur. Lakin 2021-ci ildə Daxili İşlər Nazirliyi ölkədə müəyyən olunmuş müddətdən artıq (1 191 gün) qanunsuz qaldığı üçün onun ölkəyə girişinə 10 illik qadağa qoyub.
Aşağı instansiya məhkəmələri əvvəlcə bu qadağanı ləğv etsə də, Ali Məhkəmə işin kifayət qədər dərindən araşdırılmadığını diqqətə çatdırıb. Məhkəmənin qərarında qeyd olunub ki, qərar verilərkən şəxsin həyat yoldaşı ilə birgə yaşayıb-yaşamadığı, övladlarının saxlanmasında iştirakı, gəlir mənbəyi və ailənin Azərbaycanda birləşmək imkanları tam öyrənilməyib. Nəticədə əvvəlki məhkəmə qərarları ləğv edilib və iş bütün bu halların nəzərə alınması üçün yenidən baxılmaq üzrə geri qaytarılıb.
14:04 31.03.2026
Oxunuş sayı: 43