Dubay limanı yaxınlığında tankerə hücum edildiyi bildirilir, yaralananlar var
BƏƏ-nin Dubay limanı yaxınlığında Küveytə məxsus “Əs-Salmi” neft tankerinə hava zərbəsi endirildiyi iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tanker liman sularında lövbər saldığı zaman İran tərəfindən hücuma məruz qalıb. Bildirilir ki, gəmi tam şəkildə neftlə yüklənmiş vəziyyətdə olub.
Hadisə nəticəsində tankerin gövdəsinə ciddi ziyan dəyib və gəmidə yanğın başlayıb. İlkin məlumatlara əsasən, insident səbəbindən dənizə neft sızması ehtimalı da yaranıb.
Bununla yanaşı, Dubayın Cümeyra limanı ərazisində gecə saatlarında partlayış baş verdiyi də bildirilir. Hava hücumundan müdafiə əməliyyatı zamanı şəhər üzərində İrana məxsus pilotsuz uçuş aparatının vurulduğu və nəticədə 4 nəfərin yaralandığı qeyd olunur.
17:20 31.03.2026
Oxunuş sayı: 46