Paşinyan Aİ missiyasının yeni rəhbəri ilə görüşdü
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının yeni rəhbəri Satu Koivu ilə İrəvanda görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı Paşinyan Koivunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.
Satu Koivu isə öz növbəsində Ermənistan rəhbərliyi ilə sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Tərəflər görüş çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh prosesini, həmçinin regionda sabitliyin təmin olunması ilə bağlı məsələləri müzakirə ediblər.
16:11 31.03.2026
Oxunuş sayı: 45