Trampın reytinqi yeni minimuma düşərək 33% təşkil edib
ABŞ-da keçirilən son rəy sorğuları Prezident Donald Trampın xalq arasındakı nüfuzunun ciddi şəkildə sarsıldığını göstərir.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Aparılan tədqiqata əsaslanaraq yaydığı məlumata görə, dövlət başçısının fəaliyyətini bəyənənlərin nisbəti 33%-ə düşüb ki, bu da onun ikinci prezidentlik müddətinin ən aşağı göstəricisidir. Sorğuda iştirak edənlərin 62%-i isə Trampın yürütdüyü siyasətdən narazı olduğunu bildirib.
Ekspertlər reytinqin bu dərəcədə kəskin enməsini ölkədəki yüksək inflyasiya, artan yanacaq qiymətləri və xüsusilə İranla davam edən qeyri-populyar müharibə ilə əlaqələndirirlər. Məlumata görə, hətta əvvəllər Trampı dəstəkləyən bəzi seçici qrupları, o cümlədən müstəqil seçicilər və orta təbəqə arasında da narazılıq artıb. Analitiklər qeyd edirlər ki, bu rəqəmlər qarşıdan gələn 2026-cı il aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyası üçün ciddi xəbərdarlıq siqnalıdır. Hazırda Ağ Evin bu vəziyyətdən çıxmaq üçün iqtisadi və xarici siyasətdə hansısa korrektələr edib-etməyəcəyi maraq doğurur.
13:55 31.03.2026
Oxunuş sayı: 934