Azərbaycan Ordusunun PUA-ları ilə Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək
Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.
Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
15:54 23.03.2026
Oxunuş sayı: 45