Prezidentin gündəliyi

Prezident İlham Əliyevdən yeni FƏRMAN

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.

Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.

09:01 09.12.2024

Oxunuş sayı: 8857

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR