ŞOK PROQNOZ: Ərzaq qiymətləri kəskin bahalaşacaq!
Son aylarda ərzaq bazarında qiymət artımı ciddi şəkildə hiss olunur. Hər şey getdikcə bahalaşır – gündəlik ərzaq məhsullarından tutmuş istehsal və daşımaya qədər xərclər yüksəlir.
Belə ki, bu tendensiya sadəcə daxili amillərlə bağlı deyil. Regiondakı geosiyasi gərginliklər, müharibələr və nəqliyyat xətlərindəki məhdudiyyətlər də qiymət artımına birbaşa təsir edir.
İqtisadçı ekspert Elçin Rəşidov Crossmedia.az-a açıqlamasında bildirib:

“Ərzaq qiymətlərinin yaxın zamanlarda daha da artması gözlənilir. Bunun əsas səbəbi İranda baş verən geosiyasi çəkişmələr, müharibələr və kanalların bağlanmasıdır. Nəticədə həm Azərbaycandakı logistika xətləri məhdudlaşır, həm də Hörmüz boğazı vasitəsilə çıxan neftin qiyməti qalxır”.
İqtisadçı əlavə edib ki, neftin bahalaşması qlobal qiymətləri də artırır:
“Ərzaq istehsalında gübrə və traktor kimi vasitələrdən istifadə olunur. Daşımalar zamanı yanacaq xərcləri yüksəlir, bu da daşımaların qiymətini artırır. Nəticədə ərzaq bazarında qiymət artımı gözlənilir. Bu proses bir neçə ay davam edə bilər”.
Fatimə Məmmədova
11:13 19.03.2026
Oxunuş sayı: 5071