Tramp bu ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırıb
Bir sıra ölkələr gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına hərbi gəmilər göndərmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bir çox ölkələr, xüsusən Hörmüz boğazının İran tərəfindən bağlanmasından təsirlənənlər ABŞ ilə birlikdə Hörmüz boğazını açmaq və onun təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərəcəklər", - o yazıb və xüsusən Böyük Britaniyanı, Çini, Koreya Respublikasını, Fransanı və Yaponiyanı bu addımı atmağa çağırıb.
20:01 14.03.2026
Oxunuş sayı: 48