Azərbaycan güləşçisi Serbiyada U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb- Yenilənib
Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov (63 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 4-cü bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) də bürünc medal sahibi olublar.
21:30
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, o, yarımfinalda belaruslu İllia Valeuskini 8:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.
21:55 14.03.2026
Oxunuş sayı: 56