KİV: Yaxın Şərq müharibəsi həftələrlə davam edə bilər
Yaxın Şərqdə davam edən müharibə ən azı bir neçə həftə davam edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp bəzi müşavirlərinin münaqişədən çıxış yolu axtarmaq çağırışlarına baxmayaraq, İrana və onun vasitəçi qüvvələrinə qarşı zərbələri dayandırmaq niyyətində deyil.
Qeyd olunur ki, əməliyyatın hazırlanmasında rəsmi şəxslərdən ibarət kiçik bir qrup iştirak edib və bir çox diplomat bombardmanla bağlı məlumatı sonradan əldə edib.
Bundan əlavə, ABŞ vətəndaşlarının təxliyəsi və İran rəhbərliyi ilə gələcək münasibətlərin necə qurulacağı məsələləri də hələ tam həll olunmayıb.
19:03 14.03.2026
Oxunuş sayı: 92