İran: Xarq adasında vəziyyət nəzarət altındadır
İranın Xarq adasında vəziyyətin nəzarət altında olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Telegram kanalları məlumat yayıb.
Məlumata görə, adada fəaliyyət göstərən bütün neft sənayesi işçiləri təhlükəsizdir və hadisə nəticəsində xəsarət alan olmayıb.
Habelə, adanın əsas neft infrastrukturlarına zərər dəymədiyi və əməliyyatların normal şəkildə davam etdiyi qeyd olunur.
Bildirilir ki, strateji əhəmiyyətə malik olan Xarq adasında neft ixracı və digər enerji fəaliyyətləri dayandırılmayıb.
19:40 14.03.2026
Oxunuş sayı: 46