Tramp İran siyasətinə görə Obamanı lağa qoydu
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda keçmiş prezident Barak Obamanın İran siyasətini tənqid edən kollaj yayımlayıb.
Crossmedia.az xəbər verir ki, prezident paylaşımı “Truth Social” platformasında yerləşdirib.
Kollajda iki fərqli təsvir yer alır. Təsvirin yuxarı hissəsində Obamanın danışıqlar zamanı ayətullah və SEPAH generalına pul verdiyi səhnə göstərilir.
Aşağı hissədə isə Trampın İranla danışıqları qırıcı təyyarələr və hərbi hücumlarla apardığını əks etdirən görüntü yer alıb.
20:30 14.03.2026
Oxunuş sayı: 48