İran gərginliyə son qoymaq üçün şərtlərini AÇIQLADI
İran İsrail və ABŞ ilə davam edən gərginliyə son qoymaq üçün əsas şərtlərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH-ın keçmiş baş komandanı Möhsün Rzayi bildirib.
Rzayinin sözlərinə görə, münaqişəyə son qoymaq qərarı Tehranın əlindədir və İran eskalasiyanı dayandırmağı müəyyən şərtlər daxilində nəzərdən keçirməyə hazırdır.
O, qeyd edib ki, bunun üçün iki əsas tələb var: ABŞ tərəfindən İrana dəyən ziyanın tam şəkildə ödənilməsi və gələcək üçün 100 faiz təhlükəsizlik zəmanətinin verilməsi.
Rzayi əlavə edib ki, belə zəmanətlər yalnız ABŞ hərbi qüvvələrinin Fars körəfəzi bölgəsindən çıxarılması ilə mümkün ola bilər.
20:07 14.03.2026
Oxunuş sayı: 40