Vaqif Sadıqov: Azərbaycan Avropa ilə Asiyanı birləşdirən aviasiya dəhlizinə çevrilib
Yaxın Şərqdə ənənəvi hava marşrutlarını pozan son siyasi və təhlükəsizlik hadisələri, eləcə də hava logistikasına artan ehtiyaclar Azərbaycanın strateji əhəmiyyətini artırıb.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov "X"dəki hesabında yazıb.
"Əsasən dəmir yolu və dəniz nəqliyyatından ibarət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı mərkəzi rolu ilə yanaşı, Azərbaycan həm də Avropa və Asiyanı birləşdirən mühüm aviasiya dəhlizinə çevrilib", - o bildirib.
19:37 14.03.2026
Oxunuş sayı: 38