İran ABŞ-nin hərbi obyektlərinə zərbə endirib
İran Körfəz ölkələrində yerləşən ABŞ hərbi obyektlərinə kütləvi raket hücumu həyata keçirdiyini açıqlayıb.
Crosssmedia.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, hücumlar BƏƏ-də yerləşən Əl-Dəfra hava bazasına, Küveytdəki Əl-Adiri hava bazasına və Bəhreyndə yerləşən Şeyx İsa hava bazasına yönəlib.
Açıqlamada bildirilir ki, İranın raketləri və pilotsuz uçuş aparatları Əl-Dəfra bazasındakı “Patriot” radar sistemlərini, idarəetmə qülləsini və zenit qurğularını hədəfə alıb.
SEPAH həmçinin qeyd edib ki, Şeyx İsa hava bazası da müxtəlif raketlər və dronlar tərəfindən hədəfə alınıb.
Əl-Adiri hava bazasının isə kütləvi raket və PUA hücumlarına məruz qaldığı, nəticədə avadanlıq anbarlarının və vertolyot eniş meydançalarının məhv edildiyi bildirilib.
Səriyyə
18:30 14.03.2026
Oxunuş sayı: 88