Qalibaf: ABŞ bazaları region üçün təhlükə mənbəyidir
Regionda baş verən müharibə ABŞ-nin hərbi bazalarının təhlükəsizlik təmin etmədiyini göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib
Qalibafın sözlərinə görə, bu bazalar əksinə, region üçün təhlükə mənbəyinə çevrilib. O həmçinin ABŞ-ni İsraili müdafiə etməkdə ittiham edib.
“Bu müharibə sübut etdi ki, regionumuzdakı Amerika bazaları heç kimi qorumur. Onlar təhlükə mənbəyidir. ABŞ hamını İsrailə qurban verir və İsraildən başqa heç kimi düşünmür. ABŞ-nin geyindirdiyi şəxs həqiqi mənada çılpaq qalır”, – deyə o bildirib.
19:51 14.03.2026
Oxunuş sayı: 43