Səudiyyə Ərəbistanda aviabaza raket hücumuna məruz qaldı
İran tərəfindən Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasına raket hücumu zamanı ABŞ-yə məxsus beş yanacaqdolduran təyyarənin zədələndiyi bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində bazada yerləşən tanker tipli hərbi təyyarələr zərər görüb.
Bu təyyarələr adətən havada digər döyüş təyyarələrini yanacaqla təmin etmək üçün istifadə olunur.
Son dövrdə baş verən hücumlar nəticəsində zədələnən və ya sıradan çıxan ABŞ yanacaqdolduran təyyarələrinin ümumi sayı ən azı yeddiyə çatıb.
19:45 14.03.2026
Oxunuş sayı: 56