Türkiyə savaşa qoşulacaq?- Açıqlandı
Yaxın Şərqdə gərginlik davam edir və region ölkələri diplomatik yollarla vəziyyəti nəzarətdə saxlamağa çalışır. Türkiyə hadisələrin başlanğıcında tərəflərin münaqişəni danışıqla həll etməsinə dəstək verib. Lakin son qərarlar bəzi ölkələr arasında fikir ayrılıqlarını ortaya çıxarıb. Regionun sabitliyi və qonşuluq münasibətləri Türkiyə üçün hələ də prioritetdir. Eyni zamanda, ölkə investisiya və iqtisadi maraqlarını qorumağa çalışır.
Politoloq Oktay Qasımov Crossmedia.az-a açıqlamasında məsələni izah edib:

"Türkiyə İsrail, İran və Ərəb ölkələrinin savaşında ilk gün məsələnin diplomatik yolla həll olunmasından yana səylər göstərdi. Bununla bağlı aktiv diplomatik səylərini ortaya qoyub və hətta İstanbulda görüşün keçirilməsi ilə bağlı razılaşma əldə olunsa da, son anda İran bundan imtina edərək Oman variantını seçdi. Bu, İran və Türkiyə arasında daxili münasibətin göstəricisidir. Türkiyə bu müharibədə heç bir halda tərəf olmaq niyyətində deyil. Baxmayaraq ki, ABŞ ilə NATO da müttəfiqdir, amma bu savaş NATO-nun savaşı deyil.
Eyni zamanda, hansısa NATO ölkəsinə İran tərəfindən hücum edilməyib ki, NATO-nun 5-ci maddəsinə istinad edilsin. Doğrudur, İran Türkiyə ərazilərinə artıq üçüncü hərəkətini yönəltdi və bu hərəkətlər Türkiyə səmasında vurularaq zərərsizləşdirildii".
Politoloq, həmçinin qeyd edib ki, Türkiyə heç bir halda bu savaşa qoşulmaq niyyətində deyil:
"Bu savaş uzansa belə, tərəf tutmaq və ya ABŞ tərəfindən olmaq niyyətində deyil. Çünki bu, İsrail ilə ABŞ-nin savaşıdır və Türkiyə üçün hesab olunur ki, İran Türkiyənin böyük qonşusudur. Həmin münasibətlərin normal saxlanması Ankara üçün vacibdir. Eyni zamanda, Türkiyənin savaşdan kənarda qalması onu investisiyalar üçün cazibə mərkəzi halına gətirir. Türkiyə hesab edir ki, hazırda əsas fəaliyyət istiqamətlərindən biri Orta Şərqdən çıxmaq və beynəlxalq investorları Türkiyəyə yatırımlara təşviq etmək olmalıdır. Ona görə də Türkiyə məhz bu mühiti qorumaqla bunu edə bilər. Bu baxımdan Türkiyə bu savaşdan kənarda qalacaq. Əgər İran tərəfindən təxribatlar arda-arda davam edərsə, fərqli bir mənzərə yarana bilər. İran tərəfi də Türkiyənin mövqeyini bilir və bundan sonra davranışlarında daha məntiqli hərəkət edəcəklər".
Fatimə
15:09 14.03.2026
Oxunuş sayı: 1632