COP29

Pakistanda Post-COP29 seminarı baş tutdu

Pakistanın paytaxtı İslamabadda Post-COP29 seminarı keçirilib.

Crossmedia.az xəbər verir ki, seminarda Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam, Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov və digər vəzifəli şəxslər iştirak ediblər.

Xəzər Fərhadov çıxışında COP29-un uğurla keçdiyini, çox sayda dünya liderinin Azərbaycana gəldiyini, müzakirələrdə 76 mindən çox insanın iştirak etdiyini diqqətə çatdırıb.

Romina Xurşid Alam COP29-da Pakistanın texniki və siyasi danışıqlarından söz açaraq, onların beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirildiyini söyləyib. O, Pakistanın tezliklə yol xəritəsini formalaşdırmaq üçün V20 (The Vulnerable Twenty) toplantısına ev sahibliyi edəcəyini bildirib.

09:21 08.12.2024

Oxunuş sayı: 7071

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR