Gənclər və İdman

Baketbol Liqasında V turun son oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında V tura yekun vurulacaq.

Crossmedia.az xəbər verir ki, son oyun günü 1 qarşılaşma baş tutacaq.

B qrupunda yer alan "Şəki" autsayder "Lənkəran"ı sınağa çəkəcək. Saat 14:00-da başlayacaq görüş Şəki Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, turun əvvəlki beş matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a (75:74), "Sumqayıt" isə "Gəncə"yə (85:79) qalib gəlib.

07:33 08.12.2024

Oxunuş sayı: 3989

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR