İranda cihad çağırışı olarsa nə baş verəcək? – Politoloqdan açıqlama
Son günlər baş verən müharibələr ciddi nəticələrə səbəb olur. Belə ki, regionda gərginlik artmaqla yanaşı, ayətullahların verdiyi fətvalar prosesin istiqamətinə də birbaşa təsir göstərir.
Xüsusilə, Ali al-Sistani kimi nüfuzlu dini liderlərin çağırışları yeni könüllü qrupları prosesə qoşmağa və münaqişənin genişlənməsinə səbəb ola bilər.
Bildirək ki, bu cür fətvalar həm hərbi əməliyyatları stimullaşdırır, həm də bölgədəki siyasi və strateji balansı risk altına qoyur. Yəni, dini qərarlar yalnız ideoloji deyil, həm də praktik nəticələr doğuran amil kimi önəm daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Oqtay Qasımov xatırladıb ki, Yaxın Şərqdə, ümumiyyətlə, sonuncu cihad elan olunması 2014-cü ildə baş verib:
"O zaman İraqda vəziyyət kifayət qədər mürəkkəb idi və sistemin cihad çağırışı ilə on minlərlə könüllü savaşa qoşuldu və təhlil işlərinin aradan qaldırılmasında bu qüvvələr ciddi şəkildə iştirak etdilər. Amma ondan sonraki dönəmdə, məhz bu könüllülərin əsasında yaranmış Həşd-i Şahabi qruplaşması İranın nəzarətinə keçməklə regionda vəziyyətin gərginləşməsində və İraqın dövlət sistemində mənfi rol oynamaya başladı.

İran məhz Həşd-i Şahabi vasitəsilə İranda olduğu kimi paralel ordu və təhlil qüvvələri formalaşdırmağa çalışdı. İsrail-İran müharibəsi başlamamışdan öncə sistemin verdiyi bəyanatda qeyd olunurdu ki, əgər Seyidi Xamenei qətlə yetirilirsə, o, cihad çağırışı edəcək.
Hazırda onun adından bəzi iddialar səslənməkdədir. Bəzi teleqram kanallarında isə qeyd olunur ki, sosial şəbəkələr üzərindən o, sistemi cihada çağırıb".
Politoloq, hesab edir ki, bu təsdiqlənmiş məlumat deyil:
"Əgər belə bir çağırış olacaqsa, əlbəttə ki, regionda müəyyən hadisələrə səbəb olacaq. Məsələn, minlərlə könüllü ABŞ və İsrailin maraqlarına qarşı mübarizəyə, silaha sarıla bilər ki, bu da yaxın və orta perspektivdə vəziyyəti ciddi şəkildə gərginləşdirən amillərdən biri ola bilər. Xameneyinin öldürülməsindən sonra keçən 12 gün müddətində hələlik Sistani cəhbəsində susqunluğun nümayiş etdirilməsi də bununla bağlıdır ki, onun ətrafında bu fitvanın, bu cihad çağırışının regionda vəziyyəti gərginləşdirəcəyini anlayanlar çoxdur. Məhz bu səbəbdən təmkinlilik nümayiş etdirilir və belə olarsa, vəziyyət xeyli gərginləşə bilər".
O. Qasımov, bu bölgədə ciddi hərbi və siyasi balansı dəyişə bilmə ehtimalı barədə də danışıb:
"Düşünmürəm ki, qısa müddətdə belə bir balans dəyişiliyi baş versin. Amma belə bir çağırış olarsa, ABŞ və İsrailin bölgədə varlığına qarşı müəyyən risklər yarada bilər.
Məhz həmin könüllülər və müəyyən qruplaşmalar İsrailin və Amerika Birləşmiş Ştatlarının bölgədəki maraqlarına, onların nümayəndəliklərinə və digər aidiyyəti obyektlərinə hücumlar və ya terror aktları həyata keçirə bilər ki, bu da Orta Şərqdə gərginliyin davam etməsinə səbəb olacaq".
Fatimə Məmmədova
11:48 12.03.2026
Oxunuş sayı: 54