Suriyadakı son vəziyyət
Suriyanın şimalında rejim qüvvələri ilə müxalif qruplar arasında qarşıdurmalar davam edir. Müxalifət Hələbin mərkəzində və ətraflarında irəliləyiş əldə edərkən, İdlib və Həma şəhərlərini nəzarətə götürüb.
Crossmedia.az xəbər verir ki, hətta strateji əhəmiyyətli Homsda irəliləyiş əldə edilib.
Ölkənin cənubunda müxalifət Dera və Suveydaya tam nəzarəti ələ keçirib. Yerli müxaliflər Quneytra əyalətinin mərkəzində də nəzarəti ələ keçiriblər.
Bundan əlavə, Suriya Milli Ordusunun PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tel Rıfat terror təşkilatından təmizlənib.
Gültac Mehdizadə
15:25 07.12.2024
Oxunuş sayı: 6723