Gənclər və İdman

Bu sahələr üzrə Ölkə birinciliyi və Bakı çempionatı keçirilir

Bakıda Batut gimnastikası üzrə 8-ci Ölkə birinciliyi və Bakı çempionatı, Tamblinq üzrə 20-ci Ölkə birinciliyi və Bakı çempionatı keçirilir

7dekabr Milli Gimnastika Arenasının köməkçi zalında Bakıda Batut gimnastikası üzrə 8-ci Ölkə birinciliyi və Bakı çempionatı, Tamblinq üzrə 20-ci Ölkə birinciliyi və Bakı çempionatı start götürüb.

Yarışda batut gimnastikası üzrə fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları,Tamblinq üzrə uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.(Trend)

 

 

10:38 07.12.2024

Oxunuş sayı: 4873

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR