ABŞ İranı necə "nokaut edəcək"?- Şərh
Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, İranın Vaşinqtonla gərginliyi azaltmaq və mümkün razılaşma əldə etmək məqsədilə ABŞ prezidenti Donald Tramp administrasiyasına sülh qarşılığında iqtisadi güzəştlər paketi təklif etdiyi bildirilir. Bu iddialar regionda uzun müddətdir davam edən qarşıdurmanın diplomatik və iqtisadi vasitələrlə həlli ehtimalını yenidən gündəmə gətirib.
Müzakirələr fonunda Tehranın təqdim edə biləcəyi mümkün iqtisadi təşviqlərin Vaşinqton üçün nə dərəcədə cəlbedici ola biləcəyi, eləcə də tərəflər arasında sülhə aparan real şərtlərin hansı hallarda formalaşa biləcəyi əsas suallar kimi ön plana çıxır. Bu kontekstdə mümkün razılaşmanın həm regional təhlükəsizlik mühitinə, həm də qlobal enerji və iqtisadi balanslara təsiri ilə bağlı müzakirələr daha da aktuallaşır.
Məsələ ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib:

"Hesab edirəm ki, bu məsələdə Tramp imicini düşünür. Real qazanc, divident əldə etmək istəyir. O baxımdan ənənəvi reaksiyalar üzərindən İranı təhdid edir. Ənənəvi detallar deyəndə nüvə silahını, silahsizlaşdırmanı və onun elementləri nəzərdə tuturam. İstəyir ki, bölgədə söz sahibi olsun. Həmçinim İranın həbs qoyulmuş pullarını bu əməkdaşlıq nəticəsində real iqtisadi gəlirə çevirmək niyyətindədir. İran hakimiyyətini onunla əməkdaşlıq edən formata salsın, o cümlədən regional qayğıları İsraildən münasinətləri bir format otursun. Və əslində bölgədə regional baxımdan söz sahibinə çevrilsin. Bunlar üzərindən ABŞ silah işlətmədən, oraya yığdığı ordular və zərbə qüvvələri vasitəsilə üstünlük əldə etməyə çalışır və hesab edirəm ki, bu proseslər İranın da daxilində gedən siyasi olayları tətikləyir".
Ayhan
21:27 04.03.2026
Oxunuş sayı: 1034