Partiya sədrindən etiraf: Çətinliklərimiz var...
Pənah bəy -sabiq sədr Azərbaycanda tanınmış siyasətçidir və onun siyasi çəkisi, nüfuzu var. Ondan sonra partiyaya rəhbərlik etmək asan deyil, çətinlikləri var.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov deyib.
"Amma biz mübarizə yolu keçmişik, bu çətinliklərə hazırıq. Partiyamız müxalifət partiyasıdır və qarşıya qoyduğu əsas məqsəd iqtidarda təmsil olunmaqdır. Dialoq prosesi olduğu müddətdə biz dialoqun əleyhinə olmamışıq. Düşünürəm ki, bu gün heç bir müxalifət partiyası dialoqdan kənarda qalmaq istəməz. Əsas məsələ dialoqun formal deyil, real və nəticəli olmasıdır", - o söyləyib.
Müsahibənin geniş versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/72173
Ayhan
16:19 03.03.2026
Oxunuş sayı: 511