Şəmkirdə avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Crossmedia.az bu barədə "Report"a istinadən xəbər verir ki, Şəmkir rayon ərazisində 1974-cü il təvəllüdlü İmamməddin Cəfərovu "VAZ" markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
09:14 27.02.2026
Oxunuş sayı: 521