Xalq artistinin həyat yoldaşı vəfat edib
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.
Crossmedia.az xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.
Bu barədə sayta R.Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Z.Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün həyatını itirib.
Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib. (Baku.ws)
16:26 26.02.2026
Oxunuş sayı: 614