Almaniya, Yaponiya və Niderland səfirlikləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər
Almaniyanın, Yaponiyanın və Niderlandın Azərbaycandakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrində məlumat verilib.
Almaniya səfirliyinin paylaşımında qeyd edilib: "Biz 34 il əvvəl Xocalıda həlak olanların xatirəsini hörmətlə yad edirik".
Yaponiya səfirliyindən bildirilib: "Bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar qurbanların xatirəsini yad edirik. Yaponiya hökuməti bütün soyqırımlara qarşı çıxır!".
Niderland səfirliyinin paylaşımında qeyd olunub: "Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1992-ci ildə Xocalıda həlak olan bütün insanların xatirəsini anırıq".
12:56 26.02.2026
Oxunuş sayı: 517