Nazir: Estetik əməliyyatlara icazəli həkimlərin siyahısı açıqlanıb
Hazırda Azərbaycan Respublikasında plastik və estetik əməliyyatları etməyə icazəsi olan 45 nəfər həkim var.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, onların siyahısı açıq şəkildə dərc olunub.
"Onların sayı ilbəil artacaq. Ona görə ki, rezidenturanı bitirən həkimlərimiz var, xaricdə təhsil alıb qayıdanlar var", - o əlavə edib.
10:52 26.02.2026
Oxunuş sayı: 549