Xocalı soyqırımına həsr olunmuş "Əsir uşaqlıq" sənədli filminin təqdimatı keçirilib
Fevralın 25-də Xocalı soyqırımına həsr olunmuş "Əsir uşaqlıq" sənədli filminin təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, filmdə Mürvət Məmmədovun Xocalı faciəsi zamanı gördüklərindən bəhs olunur.
Girov götürülən Mürvət Məmmədov ekran əsərində faciə zamanı özünün və ailəsinin üzləşdiyi ağır, dəhşətli anlardan danışıb. Filmdə Xocalı soyqırımının real mənzərəsini əks etdirən kadrlar, eləcə də jurnalist Çingiz Mustafayevin lentə aldığı görüntülər yer alıb.
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.
Fatimə Məmmədova



18:58 25.02.2026
Oxunuş sayı: 551