Anasının qətlinə yardım edən şəxslə bağlı məhkəmə HÖKM OXUDU
Anasının qətlə yetirilməsinə yardımçı olmaqda təqsirləndirilən Kamil Bağırovun sonuncu məhkəmə prosesi baş tutub.
Crossmedia.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Kamil Bağırov 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hadisə 2024-cü ilidə Ağcabədidə baş verib.
İttihama görə, Afət Əsgərova kürəkəni Loğman Nəsibov tərəfindən qətlə yetirilib. Kamil Bağırov isə hadisənin baş verilməsində kömək edib.
Təqsirləndirilən Kamil Bağırova orqanı tərəfindən 32.5 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
16:24 25.02.2026
Oxunuş sayı: 683