"Beşiktaş"dan 4 cavabsız qol -Türkiyə Superliqası
Türkiyə Superliqasının 23-cü turunda "Beşiktaş" doğma meydanda "Göztepe" ilə qarşılaşıb. Matç "Qara Qartallar"ın qələbəsi ilə başa çatıb. Hesab oyunun əvvəlində açılıb. Nigeriyalı yarımmüdafiəçi Vilfred Endidi Orkun Kökçünün ötürməsini dəqiq tamamlayıb. 36-cı dəqiqədə Maykl Murilo hədəfdən yayınmayıb. Birinci hissə İstanbul təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 59-cu dəqiqədə yarımmüdafiəçi Cunior Olaytan komandasının hesabına 3-cü qolu yazdırıb. Matçın son qolunu "Beşiktaş"ın Cənubi Koreyalı transferi Xyon- Qyu vurub. Qonaqlar 90 dəqiqənin tamamında topu qapıdan keçirə bilməyib. Beləliklə, "Beşiktaş" azarkeşləri önündə "Göztepe"ni 4:0 hesabı ilə məğlub edib.
Turnir cədvəlində "Beşiktaş" 43 xalla 5-ci pillədə qərarlaşıb. "Göztepe" isə 2 xal fərqlə 6-cı sıradadır.
Türkanə Muradlı
22:57 22.02.2026
Oxunuş sayı: 505