Rusiya: Ukrayna üçün məlumat toplayan şəxs saxlanılıb
Rusiyada terror təşkilatı kimi tanınan "Artpodqotovka" qruplaşmasının üzvünün Ukrayna xüsusi xidmət orqanları üçün hərbi-sənaye kompleksi müəssisələri barədə məlumat topladığı iddiası ilə saxlanıldığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs nəqliyyat şirkətinin əməkdaşı adı altında Rusiyanın yeddi regionunda yerləşən strateji obyektlər barədə kəşfiyyat məlumatları toplayıb.
Həmçinin bildirilib ki, 2022-ci ildən bəri Rusiyada "Artpodqotovka" təşkilatının 251 üzvünün terrorçuluq, ekstremizm və dövlətə xəyanət ittihamları ilə fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, "Artpodqotovka" Rusiyada terror təşkilatı kimi tanınıb.
10:06 31.07.2026
Oxunuş sayı: 42