Azərbaycanda sığortaolunanların sayı 5,4 milyona çatıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 71 668 nəfər artıb.
Bu barədə Crossmedia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, bu ilin iyulun 1-nə uçota alınmış sığortaolunanların sayı 5 399 765 nəfər olub.
10:57 31.07.2026
Oxunuş sayı: 49