Məhkəmə Koçaryanın Paşinyana qarşı iddiasını rədd edib
Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddianı təmin etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Koçaryan Paşinyanın sosial şəbəkədə yazdığı “Məhkəmə qərarı ilə sübut olunub ki, Koçaryan rüşvətxordur” ifadəsini təkzib etməsini, həmçinin mənəvi zərərə görə 16 min ABŞ dolları məbləğində kompensasiya ödəməsini tələb edirdi.
Məhkəmə iddianı rədd etməklə yanaşı, Koçaryanın vəkil xərcləri kimi 200 min dram (təxminən 550 ABŞ dolları) ödəməsinə qərar verib.
10:22 31.07.2026
Oxunuş sayı: 48