İran ABŞ-a təkliflərini açıqlayıb
İran ABŞ-la münasibətlər kontekstində nüvə proqramı və iqtisadi əməkdaşlığı əhatə edən bir sıra təkliflər irəli sürüb.
Crossmedia.az xəbər ki, Tehran uranın zənginləşdirilməsi səviyyəsini ilkin mərhələdə 0%-ə, daha sonra isə baza olaraq 1,5% həddinə endirməyə hazır olduğunu qeyd edib. Eyni zamanda, ölkə Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinə nüvə obyektlərinə giriş icazəsi verməyi planlaşdırır. İran həmçinin region dövlətlərinin iştirakı ilə nüvə proqramına nəzarət edəcək regional və beynəlxalq konsorsiumun yaradılmasını təklif edir və ABŞ-ın monitorinq fəaliyyətinə etiraz etmədiyini bildirir.
Məlumata əsasən, Tehran iqtisadi sahədə də əməkdaşlıq imkanları irəli sürərək neft və qaz obyektlərində ABŞ şirkətlərinin iştirakına, həmçinin nadir metallar və mis sektorunda birgə fəaliyyətə açıq olduğunu bəyan edib.
Bununla yanaşı, İranın nüvə silahı əldə etməyəcəyinə və heç bir ölkəyə hücum etməyəcəyinə dair yazılı öhdəlik götürməyə hazır olduğu vurğulanır. Lakin Tehran ballistik raket istehsalı və dinc məqsədli nüvə zənginləşdirilməsi hüququnun tanınmasını əsas şərt kimi irəli sürür.
Qeyd olunur ki, yayılan məlumatlar rəsmi səviyyədə tam təsdiqlənməyib və tərəflərin mövqeyi ilə bağlı müzakirələr davam edir.
20:56 22.02.2026
Oxunuş sayı: 528