Naxçıvan Muxtar Respublikasının üç şəhərində suvarma və kollektor-drenaj şəbəkələri tikiləcək
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.
Bundan başqa, Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazisində, həmçinin, Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində də kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanacaq.
12:14 21.02.2026
Oxunuş sayı: 605