Uitkof Rza Pəhləvi ilə görüşünü təsdiqlədi
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkof İranın mühacirətdə yaşayan şahzadəsi Rza Pəhləvi ilə görüş keçirdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Uitkof bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O bildirib ki, görüş ABŞ Prezidenti Donald Trampın göstərişi ilə baş tutub.
“Mən onunla Prezident Trampın göstərişi ilə görüşdüm. O (Pəhləvi) ölkəsinə sadiqdir və onun qayğısına qalır. Amma bu, Prezident Trampın siyasəti ilə bağlıdır, cənab Pəhləvinin siyasəti ilə deyil. Düşünürəm ki, Prezident hər kəsin fikirlərini eşitməkdə maraqlıdır”, – deyə Uitkof qeyd edib.
Görüşün detalları və tərəflər arasında müzakirə olunan məsələlər barədə əlavə məlumat verilməyib.
19:57 22.02.2026
Oxunuş sayı: 608