Üç həftə sonra dünya dəyişəcək
Üç həftə ərzində ABŞ prezidenti Donald Tramp və Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirilə bilər.
Crossmedia.az xəbər verir ki, bu fikri Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff səsləndirib.
Onun sözlərinə görə, tərəfləri bir araya gətirmək istiqamətində müəyyən irəliləyiş əldə olunub və ümumi mənzərə göstərir ki, liderlər bir-biri ilə müharibə aparmaq istəmirlər.
Uitkoffun sözlərinə görə, əsas çətinlik razılaşmanın rəhbərlik səviyyəsində yekunlaşdırılmasıdır. O və Trampın müşaviri Cared Kuşner hər iki tərəfə bir neçə təklif təqdim ediblər. Bu təkliflərin yaxın üç həftə ərzində liderlərin görüşünə, hətta Zelenski ilə Putin arasında sammitə səbəb ola biləcəyi ehtimal olunur.
Həmçinin qeyd olunub ki, müəyyən mərhələdə Trampın da iştirakı ilə üçtərəfli görüş baş tuta bilər. Uitkoff bildirib ki, Tramp yalnız konkret nəticə əldə olunacağına əmin olduğu halda belə bir görüşdə iştirak edər və onun razılaşmanı yekunlaşdırmaq bacarığının xüsusi olduğunu vurğulayıb.
Turqut Ansari
18:38 22.02.2026
Oxunuş sayı: 917