Ramazan ayının 5-ci gününün iftar-imsak vaxtları
Sabah, 23 fevral Ramazan ayının 5-ci günüdür.
Crossmedia.az xəbər verir ki, imsak vaxtı 05:59-a, iftar isə 18:39-a təyin olunub.
İmsak duası:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
İftar duası:
İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi olə orucumu açıram. Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən, duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğrifət sahibi. Günahlarımı bağışla!
Allah orucunuzu qəbul etsin!
18:59 22.02.2026
Oxunuş sayı: 3028